Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Almaniyada fəaliyyət göstərən “Focus” onlayn xəbər saytına danışan Şolts qeyd edib: “Bu, həddən artıq çoxdur. NATO-da qərar qəbul etmək üçün çox aydın prosedurumuz var”.
Almaniya kansleri bildirib ki, alyans üzvləri hazırda ÜDM-nin 2 faizini müdafiəyə sərf edirlər və hazırda belə bir artım mümkün olmayacaq.
Şolts deyib ki, Trampın ÜDM-in 5 faizi tələbi Almaniya üçün ildə təxminən 206 milyard dollar deməkdir.
O bu rəqəmin Almaniya üçün əhəmiyyətli bir rəqəm olduğunu deyib: “Ona görə də düşünürəm ki, diqqəti NATO-nun uzun müddət razılaşdığı yola yönəltmək daha yaxşıdır”.
Sevinc Əliyeva
Ordu.az