Ordu.az xəbər verir ki, Pedersen Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya toplantısı ilə bağlı yazılı açıqlama verib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın dəvəti ilə Ər-Riyaddakı toplantıya qatıldığını deyən Pedersen, Suriya xalqına güclü dəstək mesajını və bu kritik dövrdə Suriyadakı müvəqqəti hökumət rəsmilərinə yardım etmək istəyini alqışladığını bildirib.
“Mən BMT-nin bu tarixi fürsət və çətinliklərə sinə gəlməkdə Suriya və onun xalqını dəstəkləməyə hazır olduğumu bir daha təsdiqləyirəm”, - deyə o bildirib.
Ordu.az