MİLDEN-in xüsusiyyətləri məlum olub

2024/08/YTDP-1724738465.jpg
Oxunub: 675     14:14     11 Yanvar 2025    
Milli Sualtı Qayıq MİLDEN-in xüsusiyyətləri məlum olub.

Ordu.az xəbər verir ki, bu çərçivədə sualtı qayığın uzunluğunun 80+ metr, eninin isə 7 metr olacağı bildirilib.

Son dövrdə “Gölcük “Gəmiqayırma Zavodunda Milli Sualtı Qayığın (MİLDEN) ilk qaynaq işləri həyata keçirilib.

“Milli Sualtı Qayıq” MİLDEN Layihəsi çərçivəsində digər ölkələrin Müdafiə nazirlikləri və Hərbi Dəniz Qüvvələri arasındakı bütün koordinasiya fəaliyyətlərini həyata keçirmək, Birgə Texniki İşçi Qrupu yaratmaq Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ASFAT-a həvalə edilib.

Texniki xüsusiyyətlər bunlardır:

Tam uzunluq: 80+ metr
En: 7+ metr
Subasımı: 2700 ton
Sürət (dalışda): 20 düyün
Sürət (səthdə): 10 düyün
Dərinlik: 350+ metr
Səyahət vaxtı: 50 gün
Personal: 30+10 (Xüsusi Təyinatlı Qüvvələr)


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİLDEN   ASFAT   Türkiyə  


Bizi "telegram"da izləyin