Erməni azərbaycanşünas: “Mənə İlham Əliyevin hansı tələbini deyə bilərsiniz ki, Paşinyan onu yerinə yetirməyib?”

2025/01/1736581314.jpg
Oxunub: 480     12:41     14 Yanvar 2025    
“Nikol Paşinyan hələ 2020-ci il noyabrın 10-da Qarabağ məsələsini bağlayıb, 2023-cü ilin sentyabrında sadəcə olaraq bu proqramın bitdiyinin şahidi olduq”.

Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Armine Adibekyan deyib.

Adibekyan qeyd edib ki, o, son 6 ildə Minsk qrupunun apardığı qeyri-ardıcıl siyasətdən danışsa da, Nikol Paşinyanın İlham Əliyevin tələblərini yerinə yetirməyə hazır olduğunu da vurğulayıb.

“Mənə İlham Əliyevin hansı tələbini deyə bilərsiniz ki, Paşinyan onu yerinə yetirməyib? Buna görə də onun bu tələbi də yerinə yetirməsi təəccüblü deyil. Paşinyan öz missiyasını yalnız bir şeydə görür, bu, Ermənistanın məhv edilməsidir və adam inadla bu plana əməl edir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin