Ordu.az xəbər verir ki, qabaqcıl texnologiya ilə təchiz edilən NE 3.14 PUA-sı həm kamikadze, həm də müşahidə missiyalarında istifadə üçün nəzərdə tutulub.
Ankara Kalecikdə həyata keçirilən sınaq uçuşları zamanı NE 3.14 PUA-sı həm avtomobilin damından, həm də katapultdan (buraxılış sistemi) havaya qalxaraq, bir sıra uğurlu uçuşlar həyata keçirib.
NE 3.14 gündüz və gecə missiyaları üçün inteqrasiya oluna bilən kamera sistemləri ilə təchiz edilib, gövdəsindəki paraşüt sistemi sayəsində təhlükəsiz yerə enə bilir.
Bu xüsusiyyətləri ilə PUA-nın həm müşahidə, həm də kamikadze əməliyyatlarında yüksək performans təqdim etdiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az