Ordu.az xəbər verir ki, Kacır qurumun kibertəhlükəsizliyin təmin edilməsi üçün siyasət, strategiya və hədəfləri müəyyənləşdirəcəyini, kibertəhlükəsizlik ekosistemi üçün yerli, milli məhsul və texnologiyaların inkişafı üzərində çalışacağını, yerli sahibkarların dünya bazarında rəqabətədavamlı olmasını təmin etmək üçün səy göstərəcəyini vurğulayıb.
O, “Ar-Ge” və texnologiya transferinin də komitənin fəaliyyət istiqamətləri arasında olduğunu bildirib.
Kibertəhlükəsizliyin əhəmiyyətinin artdığına diqqət çəkən Kacır gündəlik həyatda istifadə edilən bütün cihazlardan tutmuş bütün kritik infrastrukturlara qədər bu sahələrin güclü koordinasiya ilə idarə olunmasının lazım olduğunu deyib.
Türkiyəli nazir əlavə edib ki, Kibertəhlükəsizlik Komitəsi kiber texnologiyaların milli transformasiyasında da iştirak edəcək.
Sevinc Əliyeva
Ordu.az