“Rafale” döyüş təyyarələrinin Yunanıstana tədarükü başa çatıb

2025/01/1736577022.jpg
Oxunub: 434     11:08     14 Yanvar 2025    
Yunanıstan Hərbi Hava Qüvvələri yeni “Rafale” döyüş təyyarəsini təhvil alaraq, sifariş etdiyi 24 ədəd Fransa istehsalı təyyarənin alınmasını tamamlayıb.

Ordu.az xəbər verir ki, bununla da Yunanıstanın Fransadan sifariş etdiyi 24 ədəd “Rafale” döyüş təyyarəsinin tədarükü başa çatıb.

Tək pilotlu “Rafale” variantı olan təyyarə Fransanın Bordo şəhərindəki “Mérignac” hava limanından Yunanıstanın “Tanagra” aviabazasına aparılıb və bazada yerləşən 332-ci Eskadrilyaya təhvil verilib.

Bu çərçivədə Yunanıstanın ikinci əlavə müqavilə ilə 18-dən 24-ə qaldırılan “Rafale” döyüş təyyarələri sifarişi tamamlanıb.

Yunanıstan 2022-ci ilin mart ayında Fransadan 3 ədəd FDI freqatı ilə birlikdə sifariş müqaviləsindəki yeni istehsal edilən “Rafale” döyüş təyyarələrini sifariş edib.

Bu tədarüklə Yunanıstan 4 il ərzində sifariş etdiyi “Rafale” döyüş təyyarələrini əldə edib. Sözügedən sifariş Yunanıstana təyyarə və lazımi infrastruktur daxil olmaqla, təxminən 3,6 milyard avroya başa gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Rafale  


Bizi "telegram"da izləyin