Ordu.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sövdələşmələrə “AeroVironment”dən 7,8 milyon dollar dəyərində “Switchblade 600”lər və “L3Harris”dən təxminən 25 milyon dollar dəyərində “manpack” hərbi radiostansiyaları daxildir.
Bu sərmayə Vilnüsün ABŞ-dən orta müddətli müdafiə alışlarının ümumi 1,3 milyard dollarlıq məbləğinin 20 faizinə çatmasını təmin edəcək.
Nazirlik qeyd edib ki, şaquli qalxma qabiliyyətinə malik “Switchblade” pilotsuz uçuş aparatları qoşunlar tərəfindən atəşə nəzarət və əlaqədar tapşırıqlar üçün istifadə olunacaq.
Tədarüklər 2025-ci ilin sonunda başlayacaq.
Sevinc Əliyeva
Ordu.az