İranın sabiq prezidenti İbrahim Rəisinin aviaqəzada həlak olduğu gün milli gün kimi qeyd olunacaq

2024/08/1724253669.jpg
Oxunub: 441     09:35     07 Yanvar 2025    
İranın keçmiş prezidenti İbrahim Rəisi və onunla birlikdə olan məmurların helikopter qəzasında həlak olduğu gün ölkə təqvimində milli gün kimi qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İbrahim Rəisi, keçmiş xarici işlər naziri Hüseyn Əmirabdullahian və başqa məmurların həlak olduğu gün təqvimdə “Şəhidlərə dua günü” olaraq qeydə alınıb. İran Prezidenti Məsud Pezeşkian və Ali Mədəni İnqilab Şurası da bununla bağlı müvafiq qərar qəbul edib.

Xatırladaq ki, İbrahim Rəisi, Hüseyn Əmirabdullahian və onlarla birlikdə dövlət məmurları 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində ölüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İbrahim-Rəisi  


Bizi "telegram"da izləyin