Baydenlər Yeni Orleanda terror aktının qurbanlarını yad etdilər

2025/01/1736227859.jpg
Oxunub: 395     08:11     07 Yanvar 2025    
ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Bayden Yeni il ərəfəsində azı 14 nəfərin həyatını itirdiyi terror aktından sonra Yeni Orleana səfər ediblər.

Ordu.az-ın məlumatına görə, Ağ Evin mətbuat xidməti Baydenlərin həlak olanların ailələri və yerli hakimiyyət nümayəndələri ilə görüşdüklərini bildirib. Prezident və birinci xanım hadisənin baş verdiyi Burbon küçəsinə gələrək, qurbanların xatirəsinə gül dəstələri qoyublar. Daha sonra onlar Sent-Luis Katedralində keçirilən anım mərasiminə qatılıblar.

"Sizə dəstək olmaq, kədərinizi bölüşmək və sizinlə birlikdə dua etmək üçün buradayıq," - deyə Bayden xidmət zamanı çıxışında qeyd edib. O, həmçinin federal və yerli hüquq-mühafizə orqanlarına təhqiqatın tez bir zamanda yekunlaşdırılması üçün bütün resurslardan istifadə edilməsini tapşırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Yeni-Orlean  


Bizi "telegram"da izləyin