ABŞ-də konsulluğun yanında silahlı insident olub, ölən və yaralanan var

2025/01/1736226756.jpg
Oxunub: 688     03:06     07 Yanvar 2025    
Hondurasın ABŞ-nin Doravilldəki (Corciya ştatı) konsulluğunun dayanacağında silahlı insident nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox” teleşirkəti yerli polisə istinadən bildirib.

Məlumata görə, şübhəli şəxs saxlanılıb və sorğuya alınıb. Yaralı isə xəstəxanaya aparılıb, onun vəziyyəti barədə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Konsulluq  


Bizi "telegram"da izləyin