Ordu.az xəbər verir ki, “Financial Times” 2024-cü il noyabrın 21-də Rusiyanın Ukraynada ilk dəfə istifadə etdiyi “Oreshnik” orta mənzilli ballistik raket və digər raket sistemlərini istehsal edən institutların istifadə etdiyi maşınları araşdırıb.
Məqaləyə görə, Rusiyanın iki aparıcı silah inkişaf etdirmə institutu kadr axtarırdı, axtarılan tələblər arasında alman və yapon şirkətlərinə məxsus metal emalı maşınları ilə işləmək bacarığı da yer alırdı.
“Rusiyanın Qərb avadanlıqlarından bu asılılığı xüsusilə “Oreshnik”in istehsalı üçün həyati əhəmiyyət kəsb edən və fabriklərə analoji məhsullar üçün yüksək dəqiqlikli hissələri tez bir zamanda istehsal etməyə imkan verən CNC maşınlarında, metal emalı sahəsində nəzərə çarpır”, - deyə məqalədə qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az