Ordu.az xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamada bildirilib.
Qeyd edilib ki, kosmosda gəzinti 9 saat davam edib, taikonavtlar yer üzərində nəzarət, kosmik stansiya qalxanlarının quraşdırılması və vasitədənkənar avadanlıqların idarə edilməsini həyata keçiriblər.
“Şıncou-19” taikonavt komandası Çinin ilk stansiyadan kənarda kosmos yürüşünü həyata keçirib.
Məlumata görə, stansiyada qalan Taykonavt Vanq Haozi kosmosa daxildən dəstək verib.
“Şıncou-19” taikonavt komandası ilk vasitədənkənar gəzintisini uğurla başa vurub və bu, 18-ci kosmos yürüşü kimi tarixə düşüb.
Sevinc Əliyeva
Ordu.az