Rutte NATO-nun Ukrayna üzrə komandanlığının işə başladığını açıqlayıb

2024/02/1707988871.jpg
Oxunub: 506     00:07     19 Dekabr 2024    
NATO-nun Baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində alyansın Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığının işinə başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun Visbadendəki komandanlığı işinə başlayıb”, - Baş katib deyib.

Rutte həmçinin Aİ və NATO ölkələrini Ukraynaya hərbi təchizatın təmin edilməsinə diqqət yetirməyə çağırıb.

“Ukraynanı güclü vəziyyətə gətirmək lazımdır. İndi cəbhə şərqə yox, qərbə doğru irəliləyir. Bunu dəyişmək bizim əsas prioritetimizdir”, - o söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO  


Bizi "telegram"da izləyin