Ərdoğan: "İsrail Livanda vurduğu ziyana görə təzminat ödəməlidir"

2024/12/1734543031.jpg
Oxunub: 404     21:24     18 Dekabr 2024    
“Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livanda vurduğu ziyana görə təzminat ödəməsi üçün İsrailə təzyiq göstərməyə davam etməlidir”.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Livanın Baş naziri Nəcib Miqati ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi Livanda sülhə töhvə verməyə davam edəcək və bu ölkənin sabitliyinə zərər verəcək hər bir addımın qarşısında olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   İsrail   Livan  


Bizi "telegram"da izləyin