Şolts NATO-nun Baş katibi ilə görüşəcək

2024/12/1734328271.jpg
Oxunub: 546     17:57     18 Dekabr 2024    
Bu gün axşam Brüsseldə Almaniya kansleri Olaf Şolts və bir sıra digər ölkələrin başçılarının NATO-nun Baş katibi Mark Rütte ilə Ukrayna mövzusunda qeyri-rəsmi görüşü planlaşdırılıb.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmisi Volfqanq Büxner bildirib.

"Bir neçə Aİ ölkəsi bu gün Brüsseldə NATO-nun Baş katibi Rütte və Ukrayna Prezidenti Zelenski (Volodimir - red.) ilə görüşəcək. Həmçinin bu gün NATO-nun Baş katibinin dəvəti ilə alyansın bir neçə ölkəsinin qeyri-rəsmi görüşü keçiriləcək. Görüşdə federal kansler Şolts da iştirak edəcək", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   NATO  


Bizi "telegram"da izləyin