Rusiya ordusunun Baş Qərargah rəisi: "Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb"

2018/12/46637-1544615738.jpg
Oxunub: 480     14:42     18 Dekabr 2024    
“Dünyada silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

O həmçinin Qərbin ikili standartları səbəbindən ölkələr arasında etimadın minimal səviyyədə belə bərpasının mümkünsüzlüyünü qeyd edib:

“Etimad olmadan silahlanmaya nəzarət üzrə işlək mexanizminin yaradılması mümkün deyil”.

Qeyd edək ki, 1987-ci ildə ABŞ və Rusiya arasında “Orta və Yaxınmənzilli Raketlərin ləğvi haqqında” müqavilə imzalanıb.

İki ölkə arasındakı fikir ayrılıqları səbəbindən Rusiya 2019-cu il iyulun 3-də, ABŞ isə elə həmin il avqustun 2-də bu sənəddən çıxdıqlarını bəyan edib.

Rəsmi Vaşinqton bu qərarını daha müasir silah növlərinin, eləcə də yeni çağırışlara cavab verən hava hücumundan müdafiə sistemlərinin yaradılması istəyi ilə əsaslandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gerasimov  


Bizi "telegram"da izləyin