Ordu.az xəbər verir ki, Türkiyənin milli müdafiə sahəsində əhəmiyyətli layihələrindən birini təşkil edən MİLGEM layihəsi çərçivəsində inşa edilən “İzmir”in Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) kritik döyüş elementlərindən birini təşkil etməsi gözlənilir.
Bu sinifin ilk gəmisi olan TCG “İstanbul” (F-515) 2021-ci il yanvarın 23-də suya buraxılıb. Bu çərçivədə gəmi 2024-cü il yanvarın 19-da təhvil verilib.
“İzmir” dəniz əməliyyatlarında iştirak etmək və silah potensialı ilə hücum, müdafiə kimi vəziyyətlərdə istifadə etmək üçün son texnologiya məhsulları ilə təchiz edilərək, Türkiyə HDQ üçün hazırlanır.
Sevinc Əliyeva
Ordu.az