Rəsmi Moskva “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasına münasibət bildirib

2024/09/1726808159.jpg
Oxunub: 477     14:09     18 Dekabr 2024    
Rəsmi Moskva Suriyada Bəşər Əsəd hakimiyyətini devirən “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyünə münasibət bildirib.

Ordu.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb.

O bildirib ki, Rusiya “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı konkret işlərin qiymətləndirilməsindən çıxış edəcək.

“Biz konkret hadisələrin, konkret halların qiymətləndirilməsindən çıxış edəcəyik. Təbii ki, qanunvericiliyimiz və beynəlxalq hüquq normaları əsasında...”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HTŞ  


Bizi "telegram"da izləyin