Argentina ilk F-16-nı Danimarkadan təhvil alıb

2024/12/1734517017.jpg
Oxunub: 591     17:11     18 Dekabr 2024    
Argentina və Danimarka aprel ayında 24 ədəd ikinci əl F-16 təyyarəsi üçün 300 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Argentina Hərbi Hava Qüvvələri (HHQ) son “Dassault Mirage III”lərin istismardan çıxmasından sonra 2015-ci ildən etibarən supersəs sürətli qırıcısız qalıb.

Argentinanın Danimarkadan aldığı ilk F-16B Argentina HHQ-yə məxsus KC-130H “Hercules”in yük anbarında sökülərək daşınmasından sonra 2024-cü il dekabrın 16-da ölkəyə eniş edib.

KC-130H Danimarkadakı “Aalborg” aviabazasından yola düşərək, El Palomara eniş edib və F-16 buradan “Tandil” aviabazasına köçürüləcək.

Qeyd edək ki, ABŞ oktyabr ayında silah və ehtiyat hissələrin də daxil olduğu 941 milyon dollarlıq paketi təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   F-16  


Bizi "telegram"da izləyin