Türkiyə müdafiə sənayesi Vyetnam Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

2024/12/2024--1734512574.jpg
Oxunub: 447     15:10     18 Dekabr 2024    
Türkiyə müdafiə sənayesi Vyetnam Beynəlxalq Müdafiə Sərgisi 2024-də iştirak edəcək.

Ordu.az xəbər verir ki, Vyetnam Beynəlxalq Müdafiə Sərgisi 2024 bu il dekabrın 19-22-də Vyetnamın paytaxtı Hanoyda ölkənin və dünyanın hər yerindən yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

Bu il ikinci dəfə təşkil edilən və dörd gün davam edəcək sərgi çərçivəsində dünya müdafiə sənayesinin bütün müdafiə sahələrində şəbəkələrin qurulması, tərəfdaşlıqların formalaşdırılması, məlumatların paylaşılması, yeniliklərin və istedadların aşkar edilməsi, müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin quru, dəniz və hava sektorlarında inkişaf etdirdiyi ən son texnologiyaların yer alması gözlənilir.

Sərgidə Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi və Türkiyə Müdafiə və Aerokosmik Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə Türkiyənin 10 müdafiə sənayesi şirkəti iştirak edəcək.

Sərgidə Türkiyənin müdafiə sənayesi tərəfindən istehsal edilən müxtəlif müdafiə sənayesi məhsulları başda Asiya-Sakit okean bölgəsi olmaqla, bütün iştirakçıların diqqətinə təqdim ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Vyetnam   Sərgi  


Bizi "telegram"da izləyin