Türkiyə ilk dəfə olaraq Avropa İttifaqı və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edəcək

2024/12/1734511071.jpg
Oxunub: 448     14:11     18 Dekabr 2024    
Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan STM Portuqaliyaya Logistika Dəstək Gəmisini ixrac etməklə, yeni bir uğura imza atıb.

Ordu.az xəbər verir ki, Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 2 Logistik Dəstək Gəmisi istehsal olunacaq.

Portuqaliya HDQ-nin elan etdiyi Logistika Dəstək Gəmisi tenderinə qatılan şirkət tenderdə dünyanın aparıcı hərbi dəniz şirkətlərini geridə qoyub.

Portuqaliya HDQ STM tərəfindən təmin edilən mühəndis həllinin ən uğurlu olduğuna qərar verib və STM layihəni qazanıb.

Dənizdə Təchizat və Logistika Gəmisi Layihəsi (Auxiliary Oiler Replenisher and Logistics Ship) çərçivəsində STM-in əsas podratçılığı altında Türkiyənin özəl gəmiqayırma zavodunda 2 gəmi layihələndiriləcək və inşa ediləcək.

Beləliklə, Türkiyə ilk dəfə olaraq Avropa İttifaqı və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə     NATO   STM  


Bizi "telegram"da izləyin