Ordu.az xəbər verir ki, bunu erməni politoloq, iqtisadçı Hrant Mikayelyan Ermənisan Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxması, Avrasiya İqtisadi Birliyindən çıxmaması ilə bağlı suala cavab verərkən deyib.
“Qərbin hazırda iki şeyə ehtiyacı var: bir tərəfdən Ermənistan Rusiyanın regiondan çıxmasına töhfə versin, digər tərəfdən, Ermənistan bunu mümkün qədər iqtisadi cəhətdən Qərbdən asılı olmadan edə bilsin, çünki əks halda Ermənistan üçün Qərb ödəniş etməlidir. Rusiyada bu gündəmi çox gözəl başa düşürlər və sonda bu siyasət partlayacaq”, - deyə Mikayelyan qeyd edib.
Mikayelyan bildirib ki, Ermənistan hakimiyyətinin oyunları artıq Qarabağın itirilməsinə gətirib çıxarıb və bunları davam etdirmək ən yüksək dərəcədə axmaqlıqdır.
Alpər Mövludoğlu
Ordu.az