Ordu.az xəbər verir ki, bunu Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan deyib.
Onun sözlərinə görə, Ermənistanın başçısı adi bir blogerə çevrilib.
“Ölkəmizin başçısı adi bir blogerə çevrilib, həm də keyfiyyətsiz blogerdir, çünki internetdə, “Facebook”da, “TikTok”da maraqlı şeylər paylaşan blogerlər var, bu adamlar boş səhnələr paylaşırlar. “The Kardashans” realiti-şousuna çevrilib. Ölkəmizin lideri elə bir blogerə çevrilib ki, dünya siyasəti və Ermənistan ətrafında baş verən hadisələrlə maraqlanmır”, - deyə Zurabyan qeyd edib.
Zurabyan bildirib ki, Azərbaycan qarşıdakı inkişaflara hazırlaşır, Ermənistanın rəhbəri isə blogerə çevrilib, dolma bükür, üzünü qırxır.
Erməni Milli Konqresi partiyasının sədr müavini vurğulayıb ki, Paşinyan Azərbaycanın mikrofonuna çevrilib.
“İndi elə bir vəziyyət yaranır ki, beynəlxalq hüquq daha da zəifdir və bu şəraitdə Ermənistan bəlkə də axının əksinə gedəcək, beynəlxalq hüquqa əməl edəcək yeganə dövlət olacaq”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az