Türk tankçılığının təkamülü: Keçmişdən gələcəyə baxış

2023/04/2023--1682419101.jpg
Oxunub: 1328     16:57     18 Dekabr 2024    
Tankın yüksək atəş gücü və manevr qabiliyyətindən faydalanmağı hədəfləyən Blitzkriq Üçüncü Nəsil Müharibə fəlsəfəsini formalaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defenceturk.net” nəşri yazıb.

Nəşr qeyd edib ki, tanklar ilk dəfə Birinci Dünya müharibəsində britaniyalılar tərəfindən istifadə edilib.

“Tanklardan əsas silah kimi istifadə edən ilk ölkə nasist Almaniyası olub. Gələcəkdə əhalinin 60%-i şəhərlərdə yaşayacağı üçün şəhər müharibəsi artacaq. Bu gün tanklar konvensional döyüş, şəhər müharibəsi və hibrid müharibə şərtlərinə uyğun olaraq inkişaf etdirilməyə davam edir. Gələcəkdə tankların avtonom şəkildə də fəaliyyət göstərə bilən insan-maşın komandalarından ibarət döyüş qüvvələrinin mühüm elementi olacağı qiymətləndirilir. Eramızdan əvvəl 209-cu il Türkiyə Quru Qoşunlarının yaranma tarixi olaraq qəbul edilib. Atı əhliləşdirən ilk millət kimi tarixə düşən türklər o tarixdən etibarən atı gündəlik həyatın hər mərhələsində və döyüş meydanlarında nizami ordu təşkilatı tərkibində istifadə etməyə başlayıblar. Birinci Dünya müharibəsinə, döyüş silahları və vasitələrindəki texnoloji irəliləyişlərin atları döyüş meydanlarını tərk etməyə məcbur etdiyi dövrə qədər süvarilər komandirlərin ən kritik qüvvəsi hesab olunurdu. Orta əsr ordularında ağır süvarilərin “zireh müdafiəsi”, “sürət” və “hücum məqsədləri üçün istifadəsi” ilə indiki tanklar arasında əhəmiyyətli əlaqə var. İlk növləri Birinci Dünya müharibəsində istehsal olunan və inkişaf etdirilən tanklar hücum əməliyyatlarının üstünlüyünə əsaslanaraq, orta əsrlərin ağır süvariləri kimi rol oynayıb. Teymur döyüş meydanında nəhəng tanklar kimi fillərdən istifadə edərək, düşmənlərinin qəlbinə qorxu salıb”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tank  


Bizi "telegram"da izləyin