Sivasda orta məktəb şagirdləri həm nahamar ərazidə hərəkət edə, həm də uça bilən PUA hazırlayıblar

2024/12/2024--1734525057.jpg
Oxunub: 563     16:12     18 Dekabr 2024    
Sivasda orta məktəb şagirdləri müəllimlərinin köməkliyi ilə həm nahamar ərazidə hərəkət edə, həm də uça bilən Pilotsuz Uçuş Aparatı (PUA) hazırlayıblar.

Ordu.az xəbər verir ki, Sivas Elm və İncəsənət Mərkəzində təhsil alan 4 şagird müəllimləri Doğan Erolun rəhbərliyi ilə müdafiə sənayesinə töhfə verməyi hədəfləyən innovativ layihəyə imza atıb.

Dörd aylıq gərgin işdən sonra komanda hörümçək ayaqları ilə həm uça, həm də nahamar ərazi üzərində hərəkət edə bilən PUA hazırlayıb. 6 qanadı və 6 ayağı olan bu hibrid PUA süni zəkaya əsaslanan proqram təminatı ilə diqqət çəkir.

12 kiloqram yükgötürmə qabiliyyətinə malik PUA 30 dəqiqəlik uçuş müddəti ilə çətin relyef şəraitində işləmək üçün nəzərdə tutulub.

Üzərindəki qabaqcıl kamera sistemi 3 kilometr məsafədən hərbi qulluqçuları və ya təyin edilmiş hədəfləri aşkar etmək qabiliyyətinə malikdir. Bundan əlavə, o, avtomatik yerə enə və yükünü buraxa bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sivas   PUA  


Bizi "telegram"da izləyin