Bayden: ABŞ Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlarla çalışacaq

2024/12/1733720629.jpg
Oxunub: 268     23:35     08 Dekabr 2024    
ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Suriyadakı vəziyyətlə bağlı Ağ Evdə çıxışı zamanı deyib.

"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq", - Bayden qeyd edib.

Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin