Ordu.az xəbər verir ki, bu barədə Türkiyə MMN məlumat yayıb.
Görüşdə Türkiyə-Fransa müdafiə əməkdaşlığı müzakirə olunub. "Ankarada keçiriləcək NATO Sammitinin hazırlıqları ilə qlobal və regional təhlükəsizlik gündəliyində yer alan başlıca məsələlər barədə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
Hər iki ölkənin ortaq gündəliyində yer alan regional məsələlərdə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib.
Ordu.az