Bayden: "Bu, Suriya xalqınadaha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir"

2024/12/1733684901.jpg
Oxunub: 403     23:07     08 Dekabr 2024    
Bəşər Əsəd hakimiyyətinin süqutu Suriya xalqına daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin prezidendi Co Bayden Suriyadakı son hadisələrlə bağlı verdiyi açıqlamasında bildirib.

“Yaxın Şərqdə Suriyada 13 illik vətəndaş müharibəsindən, Bəşər Əsəd və ondan əvvəl atasının yarım əsrdən çox avtoritar idarəçiliyindən sonra müxalif qüvvələr Əsədi vəzifəsindən istefa verməyə və ölkədən qaçmağa məcbur ediblər. Biz onun harada olduğundan əmin deyilik, lakin onun Moskvada olduğu xəbəri var. Nəhayət Əsəd hakimiyyəti devrildi. Bu hakimiyyət yüz minlərlə günahsız suriyalını vəhşicəsinə, işgəncələrə məruz qoyaraq öldürüb. Bu, uzun müddət əziyyət çəkən Suriya xalqına daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Suriya  


Bizi "telegram"da izləyin