"Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə böyük önəm verir" - Hakan Fidan

2024/12/1733684730.jpg
Oxunub: 619     23:20     08 Dekabr 2024    
Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə çox böyük önəm verir.

Ordu.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib.

Suriya xalqının öz ölkələrinin gələcəyini yenidən formalaşdıracağını bildirən Fidan deyib: “Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə önəm verir. Ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geriyə qayıda bilərlər. Suriyanın ərazi bütövlüyü qorunmalıdır. Biz Suriyada sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya  


Bizi "telegram"da izləyin