Ərəb Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb

2024/10/1728019752.jpg
Oxunub: 427     22:26     08 Dekabr 2024    
Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə və onun xalqına dəstək verməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu haqda təşkilatın baş katibliyinin müvafiq bəyanatında deyilir.

“Ərəb Dövlətləri Liqasının Baş Katibliyi regional və beynəlxalq sabitliyə nail olmaqda maraqlı olan bütün tərəfləri sanksiyaların ləğvi də daxil olmaqla, bu çətin keçid dövründən keçməkdə Suriya xalqını dəstəkləməyə çağırır”, - deyə bəyanatda bildirilir.

Təşkilat qeyd edib ki, bu mərhələdə suriyalılardan tolerantlıq və dialoq anlayışlarına riayət etməyi tələb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb-Liqası   Suriya  


Bizi "telegram"da izləyin