Benyamin Netanyahu: Biz Suriyada yaşayan dostlarımıza sülh əlimizi uzadırıq

2024/10/1729138932.jpg
Oxunub: 473     18:14     08 Dekabr 2024    
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.

Ordu.az xəbər verir ki, B. Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:

"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.

Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - deyə, B. Netanyahunun paylaşımında bildirilir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya   Netanyahu  


Bizi "telegram"da izləyin