Suriyada müxalifət YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb

2024/12/1733546237.jpg
Oxunub: 485     14:37     08 Dekabr 2024    
Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələb mühafəzəsində PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad etdiyini açıqlayıb”, – telekanal qeyd edib.

Məlumata görə, SMO Mənbicin 80 %-ni nəzarətə alıb.

“Mənbicdə PKK/YPG-nin nəzarətindən alınması üçün həm havadan, həm də qurudan müdaxilələr davam etdirilir. Bütün bölgə təşkilat ünsürlərindən təmizlənir”, – telekanal vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   YPG  


Bizi "telegram"da izləyin