Suriya ordusu üsyançıların Həmaya daxil olmaq cəhdinin qarşısını alıb

2024/12/1733048432.jpg
Oxunub: 463     13:49     01 Dekabr 2024    
Suriya Silahlı Qüvvələrinin Həma əyalətinin şimalında fəaliyyət göstərən bölmələri üsyançıların irəliləməsinə mane olub.

Ordu.az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin baş komandanlığı ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində dərc olunan bəyanatında bildirib.

Qeyd edilir ki, Suriya ordusu bir sıra əraziləri də nəzarətə götürə bilib.

Qalaat əl-Madiq və Maardas bölgələrində onlarla terrorçu məhv edilib, bəziləri qaçıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma  


Bizi "telegram"da izləyin