Qəzza zolağında İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 191-ə yüksəlib

2023/11/65422-1698836197.jpg
Oxunub: 825     07:58     01 Dekabr 2024    
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində ölən jurnalistlərin sayı 191-ə yüksəlib.

Ordu.az xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.

Açıqlamada son olaraq jurnalist Məmduh Quneytanın İsrailin hücumlarında həlak olduğu və bununla da həlak olan mətbuat mənsublarının sayının 191-ə yüksəldiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin