"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi başlayıb - FOTOLAR

2024/08/f5974-1724332917.jpg
Oxunub: 923     17:15     22 Avqust 2024    
Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.

Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.

Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Altın-Kıran-2024  


Bizi "telegram"da izləyin