MN: Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir (VİDEO)

2024/07/1722075517.jpg
Oxunub: 1549     14:10     27 İyul 2024    
Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə həssaslıqla yanaşılır və hazırlığına xüsusi diqqət yetirilir. Proqrama əsasən, çağırışçılarla sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, məşğələlər zamanı onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.

"Gənc əsgərlərin sağlamlığı və qidalanması da daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilib, - məlumatda vurğulanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Təlim  


Bizi "telegram"da izləyin