Ceyhun Bayramov Omanın XİN başçısı ilə görüşüb - YENİLƏNİB (FOTOLAR)

2024/04/3b60c-1713178761.jpg
Oxunub: 216     15:20     15 Aprel 2024    
Aprelin 15-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüş keçirib.

XİN-dən Ordu.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə edilməsi, səhiyyə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu qeyd edilib. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasitlərə əlavə təkan verəcəyi vurğulanıb.

Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüşdə həmçinin digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələlərə - ticarət və investisiyalara, təhsil və mədəniyyətə, bərpa olunan enerji və s. müzakirə ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Oman  


Bizi "telegram"da izləyin