Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncəyə gətirilib - FOTOLAR

2023/12/658b0-1703614447.jpg
Oxunub: 5901     21:35     26 Dekabr 2023    
Ağdam rayonunda minaya düşən Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

Ordu.az xəbər verir ki, ona tibbi yardım göstərilib. Z.Mahmudovun yaxını Mahmud Mahmudovun sözlərinə görə, yaralanan şəxs Bakı şəhərinə aparılacaq. İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.

Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundadır və üç ildən artıqdır ANAMA-da çalışır.

***

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

Ordu.az-ın əldə etdiyi məlumata görə, yaralıya sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin