ABŞ peyklərlə hipersəs raketləri ələ keçirməyi hədəfləyir

2023/12/1702281186.jpg
Oxunub: 6765     16:00     15 Dekabr 2023    
ABŞ Kosmik İnkişaf Agentliyi (SDA) aşağı yer orbitində peyk şəbəkəsi quraraq, hipersəs raket hücumlarının qarşısını almağı hədəfləyir.

Ordu.az xəbər verir ki, Birləşmiş Ştatlar hipersəs raketləri ələ keçirə bilən texnologiyanı inkişaf etdirən ilk ölkə olmağı planlaşdırır.

ABŞ Müdafiə Nazirliyi Birgə Bütün Sahələrdə Komandanlıq və Nəzarət (JADC2) çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) texnologiyalarına innovativ imkanlar gətirməyi hədəfləyir.

Bu çərçivədə SDA ilə ortaq bir layihə həyata keçirən ABŞ Müdafiə Nazirliyi alçaq orbitdə çoxlu peyk yerləşdirərək, hər cür döyüş sursatının hədəflənməsini stəyir.

ABŞ və SDA indiyədək inkişaf etdirdiyi layihə çərçivəsində 10 peyki aşağı yer orbitinə yerləşdirib. Bununla belə, yerləşdirilən peyklərin hərbi əməliyyat qabiliyyətinin olmadığı bildirilib. Layihənin 2024-cü ildə sürətləndirilməsi və 161 peykin missiyalar üçün orbitdə olması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ABŞ   HHM  


Bizi "telegram"da izləyin