Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir - FOTOLAR

2023/09/a46a9-1693834138.jpg
Oxunub: 4833     17:25     04 Sentyabr 2023    
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.

Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   Yarış  


Bizi "telegram"da izləyin