Erməni siyasi xadim: “Qarabağda yeni “rəhbər”in gəlişi Ermənistanda hakimiyyət dəyişikliyinə təlan vermək üçün platforma ola bilər”

2022/11/1669717486.jpg
Oxunub: 4412     14:23     31 Avqust 2023    
“10 noyabr bəyanatından heç bir tərəfin centlmen olmadığı aydın oldu”.

Ordu.az
xəbər verir ki, bunu eməni siyasi xadim Armen Melikyan deyib.

Melikyanın sölərinə görə, Ermənistanın sponsoru olsaydı, belə vəziyyətə düşməzdi.

“Elə bir məqam gələ bilər ki, Rusiya ilə Qərbin maraqları üst-üstə düşə bilər, amma bu, Ermənistanın xeyrinə deyil. Ermənistan mövqeyi elədir ki, hər hansı bir geosiyasi layihələrin qələbəsi bizə şok yarada bilər. “Qarabağ səlahiyyətliləri” (separatçılar-red.) dilsiz qaldıqları müddətcə, petisiyalarla nəticə əldə etməyəcəklər. Qarabağda yeni “rəhbər”in gəlişi Ermənistanda hakimiyyət dəyişikliyinə təlan vermək üçün platforma ola bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin