Azərbaycan hərbçiləri Almaniyada hərbi tibb sahəsində ekspert danışıqları aparıblar - FOTOLAR

2023/08/06d5d-1693296396.jpg
Oxunub: 8664     12:02     29 Avqust 2023    
Azərbaycanın Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında mövcud hərbi əməkdaşlıq proqramına əsasən, hərbi qulluqçularımız bu ölkədə “Tibb sahəsində ekspert danışıqları” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi tibb sahəsində qarşılıqlı təcrübə mübadiləsi və qabaqcıl metodların öyrənilməsi məqsədilə keçirilən səfər zamanı, həmçinin maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   MN   Almaniya  


Bizi "telegram"da izləyin