IV Yay Düşərgəsinin iştirakçıları beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb - FOTOLAR

2023/08/c08bb-1692112080.jpg
Oxunub: 8481     18:53     15 Avqust 2023    
"Heydər Əliyev - 100" Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, aksiya çərçivəsində Ermənistanın mina xəritələrini və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında informasiyaları Azərbaycana təqdim etməməsinə, 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora etiraz bildirilib.

Düşərgə iştirakçıları bununla bağlı BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına yüzlərlə məktub göndəriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: IV-Yay-Düşərgəsi   Müraciət  


Bizi "telegram"da izləyin