Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edildi - FOTOLAR

2023/08/foto-1692020988.jpg
Oxunub: 4458     17:44     14 Avqust 2023    
Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli tanınmış mütəxəssis Firdovsi Umudova “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.

Ordu.az xəbər verir ki, bu barədə onun yetirməsi, 3 qat dünya, 4 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Hacı Əliyev instaqram hesabında paylaşım edib:

“Uzun illərdir Firdovsi Umudovla çiyin-çiyinə çalışırıq. Onun idman sahəsində qazandığı uğurları sadalamaqla bitməz. Dövlət Sərhəd Xidmətinin zabiti kimi Firdovsi müəllimin 44 günlük Vətən müharibəsi zamanı digər əsgər və zabitlər kimi könüllü olaraq cəbhəyə yollanmaq istəyi, komandanlığın verdiyi tapşırıqları yüksək səviyyədə icra etməsi onun vətəninə, dövlətinə olan sevgisini bir daha bariz şəkildə ortaya qoyur. Bu şərəfli yolda Firdovsi müəllimə uğurlar arzulayıram”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Firdovsi-Umudov   Medal  


Bizi "telegram"da izləyin