Azərbaycan XİN sözçüsü ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb - FOTOLAR

2023/08/9f3d5-1691133206.jpg
Oxunub: 5940     11:10     04 Avqust 2023    
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə ABŞ-dan olan jurnalistləri regiondakı vəziyyət barədə məlumatlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə o, tvitterdə paylaşım edib.

XİN rəsmisi ABŞ-dan olan bir qrup jurnalist və media nümayəndələri, o cümlədən BMT Müxbirlər Assosiasiyasının, BMT-nin akkreditə olunmuş üzvləri ilə Bakıda görüşməkdən şad olduğunu bildirib.

“Biz regionumuzda və onun ətrafında mövcud vəziyyətlə bağlı interaktiv müzakirələr apardıq”, - A.Hacızadə əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   ABŞ   Jurnalist  


Bizi "telegram"da izləyin