Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazisində kilsə tikilir - FOTOLAR

2023/07/64a2f-1688402059.jpg
Oxunub: 4400     20:11     03 İyul 2023    
Gürcüstan “Qırmızı Körpü” sərhəd keçid məntəqəsi yaxınlığında kilsə inşasına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb. Bildirilib ki, Marneuli və Hucabinin yepiskopu Qiorqinin Camdelianinin xeyir-duası ilə “Müqəddəs Andria Pirveltsodebuli" kilsəsinin təməli qoyulub.

Mərasimdə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin deputatları Zaur Darğallı və Aleksandr Dalakişvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Qardabani Munisipalitetinin meri Davit Karqareteli və digər rəsmilər iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin