Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar - VİDEO (FOTOLAR)

2023/05/6471a-1685168585.jpg
Oxunub: 2139     10:20     27 May 2023    
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   HDQ  


Bizi "telegram"da izləyin