Əlahiddə Ümumqoşun Orduda avtomobillərə baxış keçirilib - VİDEO+FOTOLAR

2023/04/fb93e-1680941542.jpg
Oxunub: 5399     12:07     08 Aprel 2023    
Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində avtomobillərə baxış keçirilib.

Ordu.az xəbər verir ki, baxış-müsabiqəsində hərbi avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına, təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilib.

Müsabiqədə müxtəlif markalı minik avtomobilləri, mikroavtobus və avtobuslara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda mükafatlandırılıblar.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və praktiki bilik tələb edir. Ordumuzun birləşmə və hissələri arasında keçirilən baxış-müsabiqələri şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Əlahiddə-Ümumqoşun-Ordu  


Bizi "telegram"da izləyin