Ordu.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan “Bayquş” asqılı operativ taktiki mobil dron müşahidə sistemi Bakıda keçirilən 4-cü “ADEX” sərgisində nümayiş olunur.
Mobil dron müşahidə sisteminin gecə-gündüz 24 saat ərzində fasiləsiz 100 metrədək müşahidə imkanları var. GPS-dən aslı olmayaraq, dron uçuşları həyata keçirə bilir, 30-40 kvadrat kilometr ərazinin daimi müşahidəsini apara bilir.
Ordu.az